Eyni ərazidə oxşar olan evlərin qiymətində kəskin fərq olmasının SƏBƏBİ - VİDEO

Eyni küçə, eyni bina, eyni ölçü və hətta eyni səviyyədə təmir. Amma, qiymətlər arasında on minlərlə manat fərq var… Bakının mənzil bazarında son dövrlər daha aydın hiss olunan bu fərqin əsas səbəblərindən biri evin inşaatında istifadə edilən materiallar yox, sənədləridir…
Avtosfer.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, çıxarışı olan həm çoxmənzilli binalardakı mənzillər, həm də fərdi yaşayış evləri alıcı üçün daha etibarlı hesab olunur. Məhz buna görə də eyni xüsusiyyətlərə malik daşınmaz əmlak arasında 40-60 min manata qədər qiymət fərqi yarana bilir.
Vətəndaşlar Kənardan daha sərfəli görünən müqaviləli mənzillərə də maraq göstərirlər bu da bəzi halalrda onlara baha başa gəlir. Çünki, alqı-satqı zamanı hüquqi vəziyyəti tam aydın olmayan əmlakla bağlı sonradan mülkiyyət hüququnun rəsmiləşdirilməsi, satış və digər hüquqi prosedurlarda çətinliklər yarana bilər.
Buna görə də mütəxəssislər mənzil alarkən aşağı qiymətin cazibəsinə aldanmamağı, ilk növbədə əmlakın hüquqi vəziyyətini araşdırmağı tövsiyə edirlər.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












