Əziz Səncər Prezidentə təşəkkür etdi

Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli türk alimi, həkim, akademik Əziz Səncər Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
Avtosfer.az xəbər verir ki, məktubda Əziz Səncər “Şöhrət” ordeni ilə təltif olunmasını həyatının ən böyük qürurverici və sevindirici hadisələrindən biri kimi qiymətləndirib.
O, göstərilən yüksək etimada görə dövlət başçısına dərin minnətdarlığını ifadə edib.
Əziz Səncər vurğulayıb ki, Azərbaycana olan sevgisi daim səmimi hisslərə əsaslanıb və heç vaxt hər hansı qarşılıq gözləntisi olmayıb. Azərbaycanın onun qəlbində hər zaman Türkiyə qədər doğma Vətən kimi xüsusi yer tutduğunu bildirib. Alim “Şöhrət” ordenini yalnız elmi fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi kimi deyil, eyni zamanda “Bir millət, iki dövlət” məfkurəsinə söykənən qardaşlığın rəmzi kimi böyük qürurla daşıyacağını qeyd edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 7 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycanın beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Əziz Səncər “Şöhrət” ordeni ilə təltif olunub.
Qeyd edək ki, dünya elminə mühüm töhfələr verən Əziz Səncər Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığına, iki ölkə diasporları arasında həmrəyliyin möhkəmlənməsinə xidmət edən dəyərli alimdir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












