Faciəvi şəkildə ölən Eltacın yığdığı pulla küçəyə asfalt salındı - VİDEO

Ötən ay Bakıda ofisiant işlədiyi restoranın yaxınlığında faciəvi şəkildə vəfat edən 19 yaşlı Eltac Əliyevin pulu ilə yaşadığı küçəyə asfalt salınıb. Avtosfer.az xəbər verir ki, bununla bağlı mərhumun bacısı sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, Eltacın yaxınları, onu sevənlər həmin küçəni “Eltac yolu” adlandırırlar: “Eltac pul yığmışdı, özünə qismət olmadı. Onun pulu ilə küçəyə asfalt salındı. Eltacın səsi təkcə xatirələrdə deyil, indi addım atdığımız bu yolda yaşayır. Bəziləri sözlərlə xatırlanar, bəziləri əməlləri ilə... Eltac küçəyə yalnız asfalt yox, böyük iz qoydu. İndi bu yola hər kəs “Eltac yolu” deyir, illərlə belə deyiləcək. Səninlə hər zaman qürur duymuşuq, Eltacım”.
Qeyd edək ki, noyabrın 21-i Binəqədi rayonu Biləcəri qəsəbəsində “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşını dəmir konstruksiyalı pilləkən apararkən cərəyan vurub. Nəticədə Emil Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyev (2006) vəfat ediblər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












