Fərdi avtomobillərlə Qarabağa səfər müddəti uzadıldı

Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərləri üçün icazə prosedurları daha da sadələşdirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə yadığı məlumatda deyilir.
Bildrilib ki, fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş rayonlara səfərlər üçün “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalından əldə edilən icazənin müddəti 5 günədək artırılıb.
Fərdi minik avtomobilləri ilə səfər zamanı bir sürücü olmaqla maksimum 9 nəfər üçün icazə almaq mümkündür. Fərdi minik avtomobili dedikdə, Azərbaycan Respublikası vətəndaşlarına məxsus qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur.
Sürücülər “Yolumuz Qarabağa” portalında səfər qaydaları və mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, eyni zamanda bu məlumatları səfər edən şəxslərə çatdırmalıdırlar. İşğaldan azad edilmiş ərazilərə daxil olduqda isə mina təhlükəsizliyi üçün müəyyən edilmiş marşrutdan kənara çıxmamaq, yolayrıcılarında diqqətli olmaq və səfər boyunca qaydalara riayət etmək tələb olunur.
Bundan əlavə, vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə səfər edəcəkləri istiqamətlərdə fəaliyyət göstərən otellər və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər. İşğaldan azad edilmiş ərazilərdə yerləşən hotellərdə rezervasiya edən şəxslər isə əraziyə giriş icazəsini avtomatik əldə etmiş olacaqlar.
Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO











