Fevralda Bakıya qar yağacaq? - METEROLOQ

Adətən fevral ayı digər qış ayları ilə müqayisədə daha soyuq keçməsi ilə seçilir. Uzun illərin müşahidələri göstərir ki, əksər hallarda paytaxt Bakı məhz fevral ayında örtüklü qarla üz-üzə qalır. Bu amil fevralı qışın ən sərt və diqqət çəkən aylarından birinə çevirir. Lakin iqlim dəyişiklikləri fonunda son illər hava şəraitinin daha dəyişkən olması müşahidə edilir.
Bəs qarşıdan gələn fevral ayında Bakıda qar görməyimiz mümkündürmü? Ümumilikdə bu ay üçün hava şəraiti necə proqnozlaşdırılır?
Meteroloq Cavid Hüseynov bildirib ki, uzunmüddətli hava proqnozlarına əsasən, Bakı və Abşeron yarımadasında fevral ayı ərzində dəyişkən hava şəraiti müşahidə olunacaq. Onun sözlərinə görə, ayın əvvəli nisbətən mülayim və sabit hava ilə başlayacaq:
“Cənub küləklərinin üstünlük təşkil etməsi səbəbindən qar ehtimalı çox aşağıdır və əsasən yağmursuz hava gözlənilir. Fevral ayının ikinci ongünlüyü (11–20 fevral) isə ayın ən dəyişkən və soyuq mərhələsi hesab olunur. Bu dövrdə Bakıda şimal-qərb küləklərinin (Xəzri) güclənməsi ilə kəskin soyuma ehtimalı var”.
Meteroloq qeyd edib ki, ikinci ongünlüyün ortalarından etibarən (təxminən 14–18 fevral tarixləri arası) yağıntıların əvvəlcə sulu qara, daha sonra isə qara keçməsi ehtimal olunur:
“Şəhərin hündür ərazilərində – Yeni Günəşli, Yasamal və Badamdar ərazilərində qar örtüyünün yaranması mümkündür. Fevralın son ongünlüyündə isə “yalançı bahar” və soyuq hava dalğalarının növbələşməsi müşahidə edilə bilər. Havanın temperaturunda tərəddüdlər gözlənilir: bir neçə gün temperaturun 15°C-dək yüksəlməsi, ardınca isə qısamüddətli yağışlı və küləkli hava şəraitinin yaranması ehtimal olunur. Bu dövrdə qar yağma ehtimalı nisbətən aşağıdır”./sfera.az
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO











