FHN akademiyasında hibrid və elektrik avtomobillər nümayiş etdirildi - FOTOLAR

Oktyabrın 1-də Fövqəladə Hallar nazirliyinin akademiyasında "Avtomobil konstruksiyalarında dövri dəyişikliklər xilasetmə problemləri" adlı 4 cü beynəlxalq Elmi-Praktiki konfrans keçirildi.
Avtosfer.az xəbər verir ki, MDB dövlətləri və ərəb ölkələrindən 30-dan çox nümayəndənin qatıldığı konfransdan öncə iştirakçılar , Fövqəladə Hallar Nazirliyinin akademiyasının rəhbər heyəti Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına üzv şirkətlər tərəfindən təqdim edilən hibrid və elektrik avtomobillərə baxış keçirdilər. Onlara avtomobillərin özəllikləri və satış sonrası xidmətləri barədə məlumatlar təqdim edildi.
Konfransı giriş sözü ilə akademiyanın rektoru general-mayor Baba Salayev açdı. Daha sonra Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin sədri Eyyub Əliyev "Ekoloji təmiz nəqliyyat vasitələri ilə avtoparkın yenilənməsi" mövzusunda çıxış etdi.
Konfrans çərçivəsində xarici ölkələrdən olan iştirakçılar ilə yerli mütəxəsislərin çıxışları və maraqlı polemikaları oldu.
Konfransın sonunda spikerlərə xüsusi sertifikatlar təqdim edildi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident



















