FHN metroda təlimlər keçirdi - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC metronun “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarında taktiki-xüsusi təlim keçiriblər.
Avtosfer.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili”ndən ibarət olub.
Əvvəlcə, nazirliyin “112” qaynar telefon xəttinə metronun “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arası 1-ci yol mənzilində yerləşən şaxtanın idarəetmə şkafında şərti qısaqapanmadan “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı metropoliten əməkdaşları tərəfindən, əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər ilkin yardım” göstərilməklə təxliyə olunublar.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, FHN və metropolitenin əməkdaşları arasında mövzu üzrə fikir mübadiləsi aparılıb.
Təlimə nazirliyin ümumilikdə 7 ədəd texnikası və 44 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO











