Fırıldaqçı maşın alverçisi polis adından istifadə edir - VİDEO

Maşın alveri ilə məşğul olan fırıldaqçılar günü-gündən artmaqda davam edir. Avtomobili satışa çıxarıb sonra müştəridən onlayn beh alaraq fırıldaqçılıq edən şəxs barəsində redaksiyamıza şikayət daxil olub. Avtosfer.az">Avtosfer.az-a xəbər verən oxucu bildirir ki, almaq istədiyi avtomobilə görə satan şəxslə əlaqə saxlayaraq ona ödəmə terminalı vasitəsi ilə 100 manat beh göndərib. Lakin avtomobili satan şəxs behi aldıqdan sonra zənglərə cavab verməyib.
Bunun fırıldaq olduğunu anlayan müştəri bu dəfə başqa nömrədən zəng edərək həmin satıcı ilə danışır. O, yenə də ödəmə terminalı vasitəsi ilə pul göndərilməsini tələb edir. Karantin rejimi müddətində avtomobili Bakı şəhərinə göndərmək üçün tanıdığı Çevik Polis Alayının əməkdaşının olduğunu da bildirib. O, avtomobili Çevik Polis Alayının əməkdaşı vasitəsi ilə göndərəcəyi üçün müştəridən əlavə olaraq 50 manat onlayn ödəniş etməyi tələb edib.
Beləliklə həmin satıcı qismində fırıldaqçılıq edən şəxs polisin də adına ləkə yaxıb.
Həmin şəxsin başqa müştərilərə də etdiyi fırıldaqçılığı sizə təqdim edirik.
Ümid edirik ki, hüquq mühafizə orqanları bu şəxsi taparaq cəzalandıracaq.
Təbriz
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












