"Formula-1" komandanın direktoruna külli miqdarda pul qazandırdı

"McLaren Racing Limited" şirkətinin baş icraçı direktoru Zek Braun "Formula-1"üzrə dünya çempionatında komandasının Mühəndislər Kubokunda qalib gəlməsi sayəsində 2024-cü ildə 37.3 milyon funt sterlinq (50 milyon dollar) gəlir əldə edib.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" agentliyi yayıb.
Bildirilib ki, bir il əvvəl həmin rəqəm təqribən 26.4 milyon funt sterlinq təşkil edib.
"McLaren F1 Team" 2024-cü ildə 1998-ci ildən etibarən ilk dəfə "kral yarışlarının" Mühəndislər Kubokunu qazanıb. Komanda bu il də turnir cədvəlinə başçılıq edir və vaxtından əvvəl qələbə qazana bilər.
Şəxsi hesabda mübarizədə isə ilk iki yerdə komandanın pilotları - Oskar Piastri və Lando Norris qərarlaşıblar.
Hesabatda deyilir ki, "McLaren Group"un 2024-cü ildə qazancı 23 faiz artaraq 530.3 milyon funt sterlinqə çatıb, vergitutmadan əvvəlki gəlir üç dəfə artaraq 37.5 milyon funt sterlinq təşkil edib.
"McLaren Group"un əsas səhmdarları Bəhreynin "Mumtalakat" suveren fondu və BƏƏ-nin "CYVN Holdings" investisiya fondu avqust ayında "McLaren Racing"in minoritar səhmdarlara məxsus səhmlərinin 30 faizini əldə edərək komanda üzərində tam nəzarət əldə ediblər. Komanda sövdələşmədə 3 milyard funt sterlinqdən çox dəyərləndirilib.
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












