Frank Peloni Bakıda "Rədd ol!" şüarları ilə qarşılanıb - FOTO

COP29-da iştirak üçün Bakıda səfərdə olan ABŞ Konqresinin ermənipərəst nümayəndəsi Frank Peloniyə qaldığı otelin qarşısında bir qrup Azərbaycan QHT-ləri etiraz aksiyası keçirib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Peloni Bakıda “Rədd ol!” şüarları ilə qarşılanıb, ondan Azərbaycan xalqını təhqir etməsinə görə üzr istəməsi tələb olunub.
Şəhid və itkin düşənlərin ailələrini təmsil edən QHT təmsilçiləri bildirib ki, belə bir arzuolunmaz şəxsə Azərbaycanda yer olmamalıdır.
QHT nümayəndələri Pelonidən Azərbaycana qarşı iftiraları üçün erməni lobbi təşkilatlarından hər ay nə qədər maliyyə aldığını soruşublar. ABŞ konqresmeni suallara cavab vermədən ərazidən uzaqlaşmağı üstün tutub.
Qeyd edək ki, Frank Peloni COP29-da iştirak etmək üçün BMT-nin dəvəti ilə Bakıdadır. O, ABŞ-də erməni lobbisinin ən fəal nümayəndəsi kimi tanınır.
***
Bakıda səfərdə olan ABŞ Konqresinin ermənipərəst nümayəndəsi Frank Peloniyə qarşı etiraz aksiyası keçirilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, aksiyada vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.
Onlar F.Peloninin ermənipərəst mövqeyinə və lobbiçik fəaliyyətinə etiraz ediblər.







Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












