Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə növbəsində çalışan işçilərin əməkhaqqına əlavə ödənişlərin hesablanması və onların hansı hallarda gecə işinə cəlb edilə bilməsi qanunvericiliklə tənzimlənir.
Avtosfer.az xəbər verir ki, xüsusilə xəstəxana, aptek, nəqliyyat, təhlükəsizlik və fasiləsiz fəaliyyət göstərən digər sahələrdə gecə saatlarında çalışan şəxslər üçün xüsusi əmək qaydaları və ödəniş mexanizmləri tətbiq olunur.
Əmək qanunvericiliyinə əsasən, gecə vaxtı görülən işə görə əməkhaqqına əlavə hesablanmalıdır. Bununla yanaşı, bəzi işçi kateqoriyalarının gecə növbəsinə cəlb edilməsi məhdudlaşdırılır.
Yaşı 18-dən az olan işçilərin gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsinə yol verilmir. Əlilliyi olan işçilər, hamilə qadınlar, 14 yaşınadək uşağı olan qadınlar və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalara aid şəxslər isə yalnız müəyyən şərtlər və razılıq əsasında gecə işinə cəlb edilə bilərlər.
Gecə vaxtı görülən işə görə ödəniş də adi iş saatlarından fərqlənir. Əməkhaqqına əlavə ödəniş əmək müqaviləsində və ya kollektiv müqavilədə nəzərdə tutula bilər, lakin qanunvericiliklə müəyyən edilmiş minimum həddən aşağı olmamalıdır.
Bəs gecə növbəsində çalışanların maaşına neçə faiz əlavə hesablanır?
Müəyyən edilmiş qaydalara görə, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi həcmində əlavə haqq ödənilir.
Çoxnövbəli iş rejimində isə əlavə ödəniş növbənin vaxtından asılı olaraq dəyişir. Belə ki, axşam növbəsində çalışan işçiyə saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində çalışan işçiyə isə 40 faizi həcmində əlavə haqq müəyyən edilir.
Məsələn, işçinin saatlıq tarif maaşı 5 manatdırsa, gecə vaxtı görülən işin hər saatına görə 1 manat əlavə ödəniş hesablanır. Çoxnövbəli iş rejimində gecə növbəsi üçün isə 40 faizlik əlavə tətbiq edildikdə bu məbləğ 2 manat təşkil edir.
Qanunvericiliyin tələblərinin pozulması işəgötürən üçün məsuliyyət yarada bilər. Gecə əməyinə görə əlavə ödənişin verilməməsi və ya işçinin qanunvericiliyin tələblərinə zidd şəkildə gecə növbəsinə cəlb edilməsi ilə bağlı əmək mübahisəsi yarandıqda işçi aidiyyəti dövlət qurumlarına müraciət edə bilər.
Qeyd edək ki, işçi ödənilməmiş əlavə haqqın tələb edilməsi və pozulmuş əmək hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək hüququna malikdir. (Baku.ws)
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA












