Gədəbəydə 19 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur - FOTO - VİDEO

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Gədəbəy rayonunda Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli marşrutu üzrə avtomobil yollarının yenidən qurulması davam etdirilir.
Bu barədə Avtosfer.az-a Agentlikdən məlumat verilib.
Uzunluğu 45 kilometr olan avtomobil yolları uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Xüsusən payız-qış mövsümündə ucqar dağ yolları ilə hərəkət etməkdə müəyyən problemlər yaranırdı. Dövlət başçısının tapşırığına uyğun olaraq, artıq bu problemlər aradan qaldırılır. Belə ki, əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Layihəyə uyğun yolların eni 8-9 metrə qədər genişləndirilir.
"İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, texnoloji ardıcıllığa uyğun şəkildə hazırda torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə, yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir. Artıq yolun 34 km-lik hissəsində asfalt örtüyünün vurulması işləri yekunlaşıb.
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə düzbucaqlı və müxtəlif diametrlərə malik suötürücülərin tikintisi yerinə yetirilib. Yolboyu layihədə nəzərdə tutulan 4 körpünün inşası üzrə işlər artıq icra olunub. Hazırda körpülərin yanaşma yollarının tikintisi son mərhələdə olmaqla davam etdirilir.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
17 min əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının yenidən qurulması ilə rahat gediş-gəliş təmin olunacaq, yük və sərnişin daşıması asanlaşacaq. Bundan başqa əsaslı şəkildə yenidən qurulmuş yollarla əhalinin yetişdirdiyi məhsulların tez və xarab olmadan bazarlara çıxışı təmin olunmaqla kənd təsərrüfatının inkişafına, əlavə turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq. Bu isə marşrut boyu yaşayan əhalinin sosial-rifah halına müsbət təsir etmimş olacaq.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA

























