“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərlotereya” ASC-nin birgə təşkilatçılığı ilə “Gələcəyə yaşıl miras” devizi altında ağacəkmə aksiyası keçirilib.
Avtosfer.az xəbər verir ki, ətraf mühitin mühafizəsi, təbii ehtiyatların qorunması və ölkədə yaşıllıq sahələrinin artırılması məqsədilə 2023-cü ildən etibarən işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində, həmçinin Müşfiqabad və Xocasən qəsəbələrinin yaxınlığında ümumilikdə 40 min ağac əkilərək yeni yaşıllıq zolaqları salınıb.
Eyni zamanda, Müşfiqabad qəsəbəsi yaxınlığında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş növbəti ağacəkmə aksiyası təşkil edilib. Aksiyada Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş, nazirliyin əməkdaşları və şirkət nümayəndələri iştirak ediblər.
Aksiyanın keçirilməsində əsas məqsəd ekoloji tarazlığın qorunmasına dəstək vermək, eləcə də gələcək nəsillər üçün daha sağlam və yaşıl mühit formalaşdırmaqdır. Həyata keçirilən ağacəkmə tədbirləri ölkədə yaşıllaşdırma təşəbbüslərinin genişləndirilməsi və ekoloji dəyərlərin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
“Azərlotereya” ASC sosial məsuliyyət strategiyası çərçivəsində ekoloji təşəbbüslərə dəstək göstərməyə, ətraf mühitin mühafizəsinə yönəlmiş layihələrdə iştirak etməyə və davamlı inkişaf prinsiplərinə töhfə verməyə bundan sonra da davam edəcək.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












