Gələn il Qarabağ Universitetinə neçə tələbə qəbul olunacaq? - Nazir

“Növbəti ildə Qarabağ Universitetinin fəaliyyətinin genişləndirilməsi üçün 17 milyon manat vəsait nəzərdə tutulub”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, bu il Qarabağ Universitetinin bakalavriat səviyyəsinə 1104 nəfər qəbul olunub: "Qəbul olan tələbələrin 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Növbəti ildə universitetin fəaliyyətinin inkişafı üçün 17 milyon manat vəsait nəzərdə tutulub. Gələ il Qarabağ Universitetinə 1200-1500 tələbənin qəbulu nəzərdə tutulub.Həmçinin Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin genişləndirilməsinə 10 milyon manat vəsait proqnozlaşdırılıb”.
E.Əmrullayev qeyd edib ki, gələn il rəsmiləşən tələbə kreditlərinin sayı 60 minə çatacaq: “Təhsil Tələbə Krediti Fondunda artıq 44 mindən çox kredit rəsmiləşib. Gələn il rəsmiləşən kreditlərin sayı 60 minə çatacaq”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












