Gəmiqayırma sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib - FOTO

Azərbaycan və Qırğızıstan arasında gəmiqayırma və bərə istismarı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bu barədə Avtosfer.az Qırğızıstanın Nazirlər Kabinetinə istinadən xəbər verir.
Məlumata görə, bu məsələ Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin başçılıq etdiyi Qırğızıstan nümayəndə heyətinin Bakı Gəmiqayırma Zavoduna səfəri çərçivəsində müzakirə mövzusu olub.
"Bakı Gəmiqayırma Zavodunda nümayəndə heyətinə müəssisənin bərə və digər gəmilərin tikintisi imkanları barədə məlumat verilib. Gəmiqayırma və bərələrin nəqliyyat-logistika məqsədləri üçün istismarı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub", - məlumatda qeyd olunur.
Bundan başqa, səfər zamanı Qırğızıstan nümayəndə heyəti Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) fəaliyyəti və müəssisədə aparılan modernləşdirmə işləri ilə tanış olub.
"NEZ-ə səfər zamanı nümayəndə heyəti neft məhsullarının tədarükü, enerji səmərəliliyinin artırılması və ekoloji standartlara riayət edilməsi sahəsində əməkdaşlıq potensialını müzakirə edib", - məlumatda deyilir.
Nümayəndə heyəti həmçinin Bakıdakı Qırğızıstan Ticarət Evində olub, burada məhsul çeşidinin genişləndirilməsinin və kənd təsərrüfatı, nəqliyyat, energetika və ticarət sahələrində ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verən birgə biznes təşəbbüslərinin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı













