Gənc qız Bakının mərkəzində xuliqanlıq etdi - HƏBS OLUNDU

Paytaxtın Yasamal rayonu Nəriman Nərimanov prospektində ictimai asayişi pozan 26 yaşlı qız inzibati məsuliyyətə cəlb edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt sakini F.Adıyev polisə müraciət edərək, 1999-cu il təvəllüdlü V.Nəcəfovanın (şərti soyadlı) “Dark Diamond” restoranının qarşısında onu yüksək səslə söydüyünü və əməllərinə davam etdiyini bildirib.
Hadisə yerinə yaxınlaşan polis əməkdaşı insidentin davam etdiyini görüb və tərəfləri sakitləşdirməyə çalışıb.
Lakin F.Adıyev sakitləşsə də, həmin şəxs əməllərinə davam edib. Heç cür sakitləşməyən xanımı saxlamaq üçün isə əraziyə əlavə polis naryadı dəvət edilib. Müqavimət göstərən və maşını təpikləyən qız saxlanılaraq 26-cı Polis Şöbəsinə aparılıb və barəsində inzibati protokol tərtib edilib.
Daha sonra V.Nəcəfova Yasamal Rayon Məhkəməsinə aparılıb. Məhkəmədə təqsirləndirilən şəxs F.Adıyevlə küçədə arasında mübahisə yarandığını, müdafiə mövqeyi sərgilədiyini, əsəb gərginliyi və təşviş şəraitində reflektiv hərəkətlər etdiyini bildirərək özünü qismən təqsirli bilib.
Məhkəmə 26 yaşlı qızı İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilib. Ona 4 sutka inzibati həbs verilib və müvəqqəti saxlanma yerinə yerləşdirilib.
Qeyd edək ki, oxşar hadisə bir neçə gün əvvəl paytaxtın Nizami rayonundakı “Sherlock Music pub” restoranında da baş vermiş və həmin hadisəyə görə 38 yaşlı qadın 5 sutkalıq həbs olunmuşdu.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












