Gəncə Avtomobil Zavodu Çin şirkətləri ilə əməkdaşlığı genişləndirir - FOTOLAR

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.
Avtosfer.az xəbər verir ki, səfər çərçivəsində Gəncə Avtomobil Zavodu ilə Çinin iki şirkəti arasında əməkdaşlığa dair sənədlər imzalanıb.
İmzalanma mərasimi Azərbaycanın Çindəki Səfirliyində baş tutub.
Əvvəlcə rəsmi nümayəndələr səfirliyin binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.
İmzalanma mərasimindən əvvəl keçirilən görüşlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkədə formalaşdırılan əlverişli biznes və investisiya mühitindən danışıb. O qeyd edib ki, qədim İpək Yolu üzərində yerləşən Gəncə tarixi mövqeyini qoruyaraq bu gün də Şərq–Qərb nəqliyyat dəhlizinin mühüm mərkəzlərindən birinə çevrilib. Bu isə Azərbaycanın ikinci böyük şəhərinin həm daxili bazar, həm də ixracyönümlü istehsal üçün böyük potensiala malik olduğunu göstərir.
Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib ki, zavodun əsası 1986-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub, 2004-cü ildə isə Prezident İlham Əliyevin tapşırığı ilə fəaliyyətə başlayıb. Hazırda təxminən 500 nəfərin çalışdığı müəssisə yük və minik avtomobilləri, avtobuslar, traktorlar və xüsusi təyinatlı nəqliyyat vasitələrinin istehsalı üçün müasir yığım xətləri ilə təchiz olunmuş böyük sənaye kompleksidir. O, həmçinin müəssisənin istehsal imkanları və beynəlxalq əlaqələri barədə məlumat verərək Çin şirkətləri ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.
Daha sonra “CLW Chengli Group” şirkəti ilə əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən, Azərbaycanda ticari və yük avtomobillərinin yığımına başlanılması barədə razılıq əldə olunub. Razılaşmaya görə, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi şirkətin Azərbaycanda elektrik şassilərinin satışı və satış sonrası xidmət, orijinal ehtiyat hissələri, sürtkü yağları və aksesuarların satışı, eləcə də təmir xidmətləri üzrə eksklüziv distribütoru olacaq. İstehsal olunacaq avtomobillərin ilkin olaraq daxili bazar üçün nəzərdə tutulması, növbəti mərhələdə isə ixracının həyata keçirilməsi planlaşdırılır.
Sənədlər Xanlar Fətiyev və “CLW Chengli Group” şirkətinin baş meneceri Don Şunquo tərəfindən imzalanıb.
İkinci əməkdaşlıq sazişi isə “Shaanxi Automobile Group Commercial Vehicle Co Ltd” (SAGMOTO) ilə bağlanıb. Bu razılaşmaya əsasən də Azərbaycanda ticari avtomobillərin yığımı nəzərdə tutulur. Eyni zamanda, Gəncə Avtomobil Zavodu “SAGMOTO”nun elektrik və dizel şassilərinin, ehtiyat hissələrinin, sürtkü yağlarının və aksesuarlarının satışı, həmçinin satış sonrası xidmət və təmir işləri üzrə eksklüziv distribütor hüququ əldə edib.
Bu sənədlər isə Xanlar Fətiyev və “SAGMOTO” şirkətinin baş direktor müavini He Vencun tərəfindən imzalanıb.
Hər iki görüş zamanı Gəncə şəhərinə aid və Çin şirkətlərinin fəaliyyətinə dair videomateriallar nümayiş olunub.








İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO










