Gəncə sakinləri indi “Yango” tətbiqində ictimai nəqliyyat marşrutlarını planlaşdıra bilərlər - FOTO

Azərbaycan, 14 may 2026-cı il. — Gəncə sakinləri indi şəhər məkanlarının istiqamətlərini daha asan müəyyən edə və ictimai nəqliyyatda gedişləri planlaşdıra bilərlər. Artıq 20-dən çox əsas şəhər avtobus marşrutu və onların cədvəlləri “Yango” tətbiqinin “Nəqliyyat” bölməsində əlçatandır. Gəncə Bakıdan sonra bu xidməti təklif edən Azərbaycanın ikinci şəhəridir.
Avtosfer.az xəbər verir ki, istifadəçilər “Nəqliyyat” bölməsinin köməyi ilə uyğun marşrutu tez bir zamanda seçə bilərlər: sadəcə, yola düşmə nöqtəsini və təyinat məntəqəsini göstərmək kifayətdir. Tətbiq bundan sonra uyğun variantları, ictimai nəqliyyat cədvəllərini və hər bir marşrutda gedişin təxmini vaxtını göstərəcək. Xidmətə artıq Gəncənin 22 şəhər marşrutu üzrə informasiya, o cümlədən İmamzadə Dini-Mədəniyyət Kompleksindən Gəncə Avtomobil Zavoduna və “Ganja City Stadium”dan “Ganja Mall”a qədər marşrutlar daxil edilib.

“Nəqliyyat” xidməti “Yango”nun şəhər supertətbiqi qismində inkişaf strategiyasının bir hissəsi olaraq, ilk dəfə 2024-cü ildə Bakıda istifadəyə verilib. Xidmətin Gəncəyə doğru genişləndirilməsi bu istiqamətdə atılan növbəti addım olub: şirkət Azərbaycan sakinlərinə gündəlik problemləri daha rahat həll etməyə və onlara şəhər mühitində daha inamla hərəkət etməyə köməklik göstərən alətləri inkişaf etdirməkdə davam edir.

“Yango Azərbaycan”
“Yango Azərbaycan” şirkəti “Yango Group” beynəlxalq texnologiya kompaniyasının bir hissəsidir. Kompaniya dünyanın hər yerindəki istifadəçilərə texnologiyadan istifadə yolu ilə gündəlik problemlərini həll etməyə kömək edir. “Yango Group”un xidmətləri BƏƏ, Pakistan, Kolumbiya və digər dövlətlər daxil olmaqla 20-dən çox ölkədə fəaliyyət göstərir. Azərbaycanda taksi səfərləri sifarişləri və çatdırılma xidmətləri 2022-ci ildən bəri həyata keçirilir.
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı










