Gəncədə VANDALLIQ: Şəhidlərin xatirəsinə ucaldılan abidəyə ziyan vurublar

Ötən gün gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən İstiqlal parkının ərazisində yerləşən və 44 günlük Vətən müharibəsinin şəhidlərinin əziz xatirəsinə ucaldılmış heykəlin mərmər üzlüyünün bir neçə hissəsi qırılaraq zədələnib.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a Gəncə İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd olunub ki, İstiqlal parkında şəhidlərin ruhuna hörmətsizlik edənlər istirahət məkanında heykəlin və ərazidə mövcud olan şəhid şəkillərinin işıqlandırılması üçün nəzərdə tutulan sistemə də ziyan vurublar:
"Bir neçə plafon qırılıb, bir işıqlandırma sistemi isə oğurlanıb.
Hazırda Gəncə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) müvafiq şöbələri tərəfindən parkın ərazisində baş vermiş xoşagəlməz hadisənin aradan qaldırılması istiqamətində təmir və bərpa işlərinə start verilib".
Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupundan verilən məlumata görə məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində hadisəni törədən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində işlər görülür.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












