General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular

Dövlət Gömrük Komitəsində və tabeliyində fəaliyyət göstərən “Azərterminalkompleks” Birliyində maliyyə və uçot pozuntuları aşkarlanıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının audit hesabatında qeyd olunub.
Hesabatda yazılıb ki, 2023-cü ildə dövlət mülkiyyətinə keçirilmiş əmlakın satışından, müvafiq xərclər çıxıldıqdan sonra qalan 24,6 min manat vəsait “Azərterminalkompleks” Birliyi tərəfindən Komitənin aidiyyəti xəzinə hesabına deyil, “hesabın möhkəmləndirilməsi” adı altında Birliyin bank hesabına yönəldilib. Bu da büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və xəzinədarlıq qaydalarının pozulması deməkdir.
Bundan əlavə DGK ilə bağlı eyni il üzrə maliyyə hesabatlarında “Torpaq, tikili və avadanlıqlar üzrə kapitallaşdırma məsrəfləri”nin 46 milyon 191,9 min manat əvəzinə 45 milyon 767,6 min manat göstərildiyi üzə çıxıb.
Digər pozuntu isə Komitənin Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanında yerləşən yeni inzibati binasının tikintisi ilə bağlı müəyyən edilib.
Belə ki, “Azərterminalkompleks” Birliyi tərəfindən Komitənin yeni inzibati binasının tikintisi çərçivəsində bağlanılmış müqavilələr üzrə aparılmış hesablaşmalarda kapitallaşdırılmalı olan dəyər 17 milyon 988,8 min manat olduğu halda, maliyyə uçotu sənədlərində bu məbləğ 2 milyon 733,9 min manat az əks etdirilib.
Binanın tikintisi üzrə əvvəlki təchizatçılarla bağlanmış müqavilələrin icra olunmayan hissəsinə görə sonrakı təchizatçı ilə bağlanılmış müqavilələrin tərkibində iki müqavilə üzrə bəzi işlərin qiymətləri də artırılıb. Nəticə olaraq xərclər şişirdilib.
Həmçinin yeni binanın dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsinə baxmayaraq, həmin daşınmaz əmlaka amortizasiya xərclərinin hesablanmasına yol verilib.
Qeyd edək ki, “Azərterminalkompleks” Birliyinin direktoru general-mayor Kənan Aşurludur. Ondan əvvəlki direktor Ehtiram Xəlilov isə bir neçə il əvvəl böyük yeyinti ittihamı ilə həbs edilmişdi.
Birlik DGK-nin ən gəlirli qollarından biri hesab olunur. Amma hüquqi statusu dövlət qulluğunun xüsusi növündən fərqlənir, daha çox təsərrüfat fəaliyyəti həyata keçirir.
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO











