Banner

General-leytenant rütbəsi alan Zaur Rüstəmov kimdir? - VİDEO

Xəbərlər 7 Noyabr 2026 15:45
General-leytenant rütbəsi alan Zaur Rüstəmov kimdir?   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçusuna ali hərbi rütbə verilməsi ilə bağlı Sərəncam imzalayıb.

Avtosfer.az xəbər verir ki, Sərəncama əsasən, general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova general-leytenant ali hərbi rütbəsi verilib.

Zaur Zeynalabdul oğlu Rüstəmov 1975-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Əvvəlcə İsmayıllı rayonunun Kürdmaşı orta məktəbində, ardınca Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. Hərbi liseydən sonra, 1992-ci ildə dövlətimiz tərəfindən Türkiyə Respublikasına hərbi təhsil almaq üçün göndərilmişdir. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçilərindən biri olaraq vətənə qayıtmış Azərbaycan Respublikası Silahlı qüvvələrinində xidmətə davam etmişdir. O, əsasən Su-24 və Miq-29 çoxməqsədli qırıcı təyyarələri ilə uçuşlar həyatə keçirib.Hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin general-mayoru olan Zaur Rüstəmov xidməti dövründə dövlətimiz tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında paraddan keçən təyyarəçilərə öndərlik etmişdir. Azərbaycan Ordusunun və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlarda MiQ-29 tipli çoxməqsədli qırıcı təyyarə ilə tək şəkildə nümayiş etdirdiyi yüksək manevr fiqurları hər kəsin diqqətini cəlb edib.

Z. Rüstəmov 2022-ci ilin may ayında Bakıda keçirilən "Teknofest" festivalında iştirak üçün Azərbaycana gələn "Baykar Texnologiya"nın rəhbəri Selçuk Bayraktar ilə birlikdə Azarbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcı təyyarəsi ilə uçuş edib. Belə ki, S. Bayraktarı uçuş zamanı pilot polkovnik Zaur Rüstəmov müşayiət edib. O, həmçinin 2021-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən Teknofest festivalında "MiQ-29" qırıcısı ilə iştirak etmiş və bununla da Azərbaycan Hərbi Hava Qüvvələrini ilk dəfə xarici ölkədə təşkil olunan aviaşouda təmsil etmişdir.

25 iyun 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Zaur Rüstəmova general-mayor ali hərbi rütbəsi verilmişdir.

7 noyabr 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini - Hava Döyüş komandiri vəzifəsinə təyin olunmuşdur.

İngilis,rus,türk dillərini bilir./nocomment.az

bax.tvhttps://bax.tv/embed/228610.html

 

 

Oxunub : 204
ŞƏRH YAZ
Ad

E-mail

Şərh