Generalın həyat yoldaşı vəkilliyə başladı

Xəbər verdiyimiz kimi, Konstitusiya Məhkəməsinin sabiq sədr müavini Sona Salmanova vəkillik fəaliyyətinə başlayıb.
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, vəkil kimi and içən Salmanova Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub.
Hüquqşünas kimi bir sıra vəzifələrdə çalışan Sona Salmanova Milli Məclisin qərarı ilə 4 iyul 1998-ci ildə Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. 16 dekabr 2005-ci ildə isə Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyinat alıb.
Əməkdar hüquqşünas 2025-ci ildə Konstitusiya Məhkəməsinin sədr müavini postunda səlahiyyətlərini başa vurmuşdu.
Qeyd edək ki, Sona Salmanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sabiq rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanovun həyat yoldaşıdır.
H.Əlixanov 2004-cü ildən ədliyyə orqanlarında xidmətə başlayıb. Əvvəlcə Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları Baş idarəsinin rəisi təyin edilib. 2007-ci ildən 2018-ci ilə qədər isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini işləyib.
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA












