Gömrükçülər xəz dəri məmulatları aşkarladı

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xəz dəri məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.
Avtosfer.az Komitəyə istinadən xəbər verir ki, Pekin-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı bundan öncə etdiyi səfərdə əl yükləri üzərində mövcud olan birkaları saxlayıb, bu dəfə isə həmin çantaları baqaj yükü kimi təqdim etməklə, yüklərin yoxlanışdan keçdiyi görüntüsünü yaradaraq "Yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk etmək istəyib.
Gömrük əməkdaşı vətəndaşı "Qırmızı kanal"a yönləndirib və rentgen qurğusu ilə onun yüklərinə keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.
Yoxlama zaman həmin şəxsə məxsus çamadan və sellofan torbadan gömrük orqanlarına bəyan edilməyən 27 ədəd müxtəlif markalı xəz dəri məmulatları aşkar edilmişdir.
Faktla bağlı araşdırma aparılır.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












