“Google” şirkətinə qarşı araşdırma başlanılıb

Avropa Komissiyası “Google” şirkətinin media nəşriyyatlarının məzmununu axtarış nəticələrində aşağı salması ehtimalı ilə bağlı rəsmi araşdırma başladığını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, Avropa Komissiyasının məlumatında araşdırmanın məqsədinin “Google”un axtarış nəticələrində nəşriyyatların saytlarına ədalətli və ayrı-seçkilik etmədən giriş təmin edib-etmədiyini qiymətləndirməkdir. Məlumata görə, sayt öz nüfuzundan sui-istifadə siyasəti əsasında xəbər və digər nəşriyyat saytlarının reytinqini aşağı sala bilər. “Google” isə bu siyasətin axtarış nəticələrində reytinq manipulyasiyasının qarşısını almaq məqsədi daşıdığını bildirir. Araşdırma bu siyasətin nəşriyyatların gəlir əldə etməsinə və biznes azadlığına təsir edib-etmədiyini yoxlamaq məqsədi daşıyır.
Avropa Komissiyasının məlumatında qeyd olunub ki, prosedurların başlanması pozuntu tapılması anlamına gəlmir, sadəcə, araşdırmanın davam etdiriləcəyini göstərir. Uyğunsuzluq aşkar edilərsə, “Alphabet”ə ilkin nəticələr bildiriləcək və tədbirlər təklif olunacaq. Həmçinin uyğunsuzluq halı müəyyən edilərsə, şirkət illik qlobal dövriyyəsinin 10 faizinədək cərimə ödəyə bilər. Təkrarlanan hallarda isə bu cərimə 20 faizə qədər artırıla bilər.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












