Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının sabiq şöbə müdiri Fəxrəddin Quliyevin oğlu, həkim-stomatoloq Fuad Quliyev cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, müxtəlif şəxslərin etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilir.
Belə ki, F.Quliyevin rayonda stomatoloji xidmət göstərəcəyi adı ilə ayrı-ayrı şəxslərin 4500, 4000, 2600, 800 və 600 manat məbləğlərində pul vəsaitlərini ələ keçirməsi müəyyən edilib.
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında F.Quliyev barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb və o, məhkəmə qərarı ilə həbs olunub.
Fakt üzrə istintaq tədbirləri davam etdirilir.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












