Göyçay-Bərgüşad yolundan ŞİKAYƏT: "Maşın sürmək çətin və təhlükəlidir" - VİDEO

Göyçay-Bərgüşad avtomobil yolunun uzun müddətdir yararsız vəziyyətdə olması bölgədə yaşayan sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, neçə illərdir bu yol acınacaqlı vəziyyətdədir.
Müraciətdə bildirilib ki, yolun bir çox hissələrinin dağılıb sıradan çıxması sürücülərin işini çətinləşdirməklə yanaşı təhlükəli vəziyyət yaradır.
"Yol yaman gündədir. Maşın sürmək çox çətindir. Yolda o qədər çala-çuxur var ki, avtomobil də sıradan çıxır, əsəblərimiz də. Günün qaranlıq vaxtlarında isə ümumiyyətlə, təhlükəlidir. Təəssüf ki, heç kim bu yola əncam çəkmək istəmir", - deyə müraciətdə qeyd olunub.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli faktı təsdiqləyib.
O qeyd edib ki, sözügedən yolun təmir olunması üçün investisiya proqramına daxil edilməsi lazımdır.
"Göyçay-Bərgüşad avtomobil yolu 16 kilometrdir. Həmin yol təmirə ehtiyacı olan yolların siyahısına daxil edilib və yolun yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub ki, müvafiq investisiya proqramına daxil edilsin. Çünki kəndlərarası avtomobil yolları investisiya proqramı çərçivəsində təmir olunur. İnvestisiya proqramına daxil edildikdən sonra Göyçay-Bərgüşad yolunun yenidən qurulması həyata keçiriləcək", - deyə A.Nəcəfli bildirib.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












