Göyçayda qadına qarşı quldurluq etdi, Rusiyaya qaçdı - VİDEO

Göyçay rayonunda yerləşən quşçuluq fermalarının birində quldurluq hadisəsi qeydə alınıb. Kamuflyaj olunaraq gecə saatlarında obyektə daxil olan naməlum şəxs orada işləyən qadına küt alətlə xəsarətlər yetirib və 23300 manat pulu, eləcə də 2200 manat dəyərindəki qızıl-zinət əşyalarını talayaraq ələ keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törədən şəxsin 40 yaşlı Ceyhun Əsgərov olduğu və hadisəni törətdikdən sonra onun Rusiya Federasiyasına qaçdığı müəyyən edilib. Həyata keçirilən tədbirlərlə C.Əsgərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












