Gümrü-Qars dəmir yolu açıla bilər

Ermənistan və Türkiyənin müvafiq idarələrinin nümayəndələri Gümrü-Qars dəmir yolunun fəaliyyətinin bərpası şərtlərini qiymətləndirmək üçün yaxın vaxtlarda görüşəcəklər.
Avtosfer.az "Yenisabah"a istinadən xəbər verir ki, bunu “Azadlıq” radiosunun Erməni Xidmətinə müsahibəsində parlamentin vitse-spikeri, Ermənistanın Türkiyə ilə danışıqlarda xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.
O əlavə edib ki, görüş günü hələ təyin olunmayıb:
“Marqara körpüsü ilə bağlı Ermənistan və Türkiyə qurumlarının nümayəndələri bu razılaşmanın həyata keçirilməsi üçün yaxın vaxtlarda görüşəcəklər, Gümrü-Qars dəmir yolunun fəaliyyətini bərpa etmək üçün də lazım olan şərtləri dəyərləndiriləcək".
Rubinyan İrəvanın Ankaradan münasibətlərin normallaşdırılması məsələsində siyasi iradə gözlədiyini açıqlayıb. Onun sözlərinə görə, müzakirələr tərəflərə bir-birinin mövqelərini daha yaxşı başa düşməyə kömək edir:
“Bütün razılaşmaların həyata keçiriləcəyini gözləyirik. Diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması ilə həll prosesi başa çatacaq. Bunu günü sabah da etməyə hazırıq”.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












