Gürcüstan Dəmir Yollarının genişmiqyaslı modernləşdirmə layihəsi başa çatıb

Gürcüstan Dəmir Yollarının genişmiqyaslı modernləşdirmə layihəsi dəmir yollarının tutumunu əhəmiyyətli dərəcədə artırıb, istismar xərclərini azaldıb, təhlükəsizliyi gücləndirib və sərnişinlərin rahatlığını yaxşılaşdırıb. Avtosfer.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan Dəmir Yollarının modernləşdirmə layihəsinin başa çatmasına həsr olunmuş tədbirdə çıxışı zamanı söyləyib. O bildirib ki, bu, sadəcə infrastrukturun modernləşdirilməsi deyil, Gürcüstanın öz gələcəyini, iqtisadi gücünü və qlobal proseslərdə layiqli yerini təmin etmək üçün etdiyi açıq siyasi və strateji seçimdir. Hökumət başçısının sözlərinə görə, Gürcüstan Dəmir Yolları bu gün 21-ci əsrin çağırışlarına, texnoloji standartlara və qlobal ticarətin yeni reallığına cavab olaraq yeni bir mərhələyə qədəm qoyur. "Dəmir yolu həmişə Gürcüstanın dövlətçiliyinin, iqtisadiyyatının və əlaqəsinin mühüm sütunu olub. 1872-ci ildə qurulan Gürcüstan Dəmir Yolları bu gün, 153 ildən sonra, yeni bir mərhələyə - 21-ci əsrin çağırışlarına, texnoloji standartlara və qlobal ticarətin yeni reallığına cavab verən bir mərhələyə qədəm qoyur", - deyə Baş nazir vurğulayıb.
Hökumət başçısının sözlərinə görə, layihə çərçivəsində yeni körpülər və tunellər, 100-dən çox mühəndislik qurğusu, təxminən 100 kilometr uzunluğunda yeni yollar tikilib, beynəlxalq standartlara uyğun təhlükəsizlik sistemləri quraşdırılıb.
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO












