Hamburq limanında 400 kiloqramdan çox kokain müsadirə edildi

Almaniyanın Hamburq limanında 400 kiloqramdan çox kokain müsadirə olunub.
Avtosfer.az-ın NDR telekanalına istinadən verdiyi xəbərə görə, narkotik vasitə O'Swaldkai konteyner terminalında aparılan yoxlamalar zamanı aşkarlanıb.
Qeyd edilib ki, şübhəli hərəkətlər edən iki nəfər liman işçilərinin diqqətini cəlb edib.
İki naməlum şəxs, gəmilərdən birindən düşərək idman çantaları ilə dolu yük maşınına əşyalar yükləyiblər. Onların limanın rəsmi işçiləri olmadığı bəlli olduqdan sonra təhlükəsizlik xidmətinə məlumat verilib. Təhlükəsizlik qüvvələri avtomobili dərhal saxlayaraq ərazidə yoxlama aparıb.
Şübhəlilərdən biri dərhal saxlanılıb. İkinci şəxs isə ərazidə elan edilən təhlükə siqnalı və limanın mühasirəyə alınması nəticəsində qısa zamanda ələ keçirilib. Onun tutulmasına polis vertolyotu da cəlb olunub.
Yüklərin içərisində ümumilikdə 20-dən çox idman çantasında gizlədilmiş narkotik vasitələr aşkarlanıb. Hazırda istintaq orqanları narkotik maddələrin mənşəyi və hansı cinayətkar şəbəkə ilə əlaqəli olduğunu araşdırır.(apa)
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?












