Hava limanında taksilərlə bağlı qalmaqallı qərar dəyişir? – Rəsmi

Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində taksi xidmətlərinin həyata keçirilməsinə dair yaranmış vəziyyətlə əlaqədar işin mahiyyəti üzrə daha öncə aidiyyəti qurumlar və təsərrüfat subyektləri ilə keçirilən görüş və müzakirələr nəticəsində əldə edilmiş məlumatların təhlili davam etdirilir, yaranmış vəziyyətin hüquqi və iqtisadi tərəfləri qiymətləndirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, rəqabət orqanının bu çərçivədə apardığı təhlillər bazar subyektlərinin davranışlarının rəqabət qanunvericiliyi prizmasından dəyərləndirilməsi, qabaqlayıcı tənzimləmə tədbirlərinin həyata keçirilməsi və istehlakçı hüquqlarının pozulması hallarının qarşısının alınmasına istiqamətlənib.
Hava limanı ərazisində taksi xidmətlərinin həyata keçirilməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə davam edən təhlillərin nəticələrinə uyğun olaraq, Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla, qanunamüvafiq tədbirlər görüləcək.
Qeyd edilib ki, rəqabət qanunvericiliyinə əməl edilməsi üzrə dövlət nəzarəti tədbirləri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin 10-12-ci fəsillərinin tələblərinə uyğun həyata keçirilir. Dövlət nəzarət tədbirləri nəticəsində bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin müəyyən edilməsi həmin bazar subyektlərinə münasibətdə iş qaldırılması üçün əsas hesab olunur. Rəqabət qanunvericiliyinin pozulması əlamətləri müəyyən edildikdə Rəqabət orqanı tərəfindən rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması və qanun pozuntularının aradan qaldırılması məqsədilə rəqabət komissiyası yaradılır. İşə baxılması prosesi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi Qaydaları” çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, bu ilin sentyabr ayından Bakı aeroportundan taksi nəqliyyat vasitəsi ilə sərnişindaşımalar üzrə yeni qaydaların tətbiqinə başlanılıb. Yeni qaydalar və onların əsasında taksi operatorlarının daşımalarla bağlı tətbiq etdiyi tariflər vətəndaşların ciddi narazılığına səbəb olub.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin daha əvvəl verdiyi açıqlamada Aeroportda tətbiq edilən yeni qaydalarla bağlı təhlillər aparıldığı, yaranmış vəziyyətə əsasən, aidiyyəti qurumlar və təsərrüfat subyektləri ilə görüşlərin keçirildiyi bildirilib.
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi












