Hava nəqliyyatı ilə daşımalardan gəlirləri 3 milyard manata yaxınlaşıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 2 milyard 944,58 milyon manat gəlir əldə edib.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,3 % azdır.
Yük daşımalarından 1 milyard 666,482 milyon manat (-13,9 %) gəlir əldə edilib. Bu məbləğin 1 milyard 665,63 milyon manatı beynəlxalq reyslərin payına düşüb (-13,9 %). Daxili daşımalardan əldə edilən gəlirlər isə 21,8 % azalaraq 852,5 min manat olub.
Hava nəqliyyatı ilə sərnişin daşımaları 1 milyard 278,094 milyon manat gəlir gətirib ki, bu da əvvəlki illə müqayisədə 16,9 % azdır. Bu məbləğin 1 milyard 221,677 milyon manatı beynəlxalq reyslər (-18,1 %), 56,416 milyon manatı isə daxili reyslər (+20,3 %) hesabına təmin edilib.
2025-ci ilin yanvar-iyun aylarında hava nəqliyyatı ilə 288,3 min ton yük (-8,2 %) və 3,105 milyon sərnişin (+1,5 %) daşınıb.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!












