Həbs edilən BNA əməkdaşlarından xəbər var - Qərar ləğv edildi

Ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin (BNA) həbs edilən keçmiş əməkdaşları Hikmət Vəlizadə və Vüqar Hüseynovun işinə yenidən baxılacaq.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmə bu barədə qərar qəbul edib. Ali instansiya vəkil Orxan Zeynalovun kassasiya şikayətlərini əsaslı hesab edib.
Məhkumların həbsi ilə nəticələnən əvvəlki qərar tamamilə ləğv edilib, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Son qərar məhkumların yenidən azadlığa buraxılması və ya cəzalarının azaldılması ehtimallarını gücləndirib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi H.Vəlizadə və V.Hüseynovun əməlini külli miqdarda rüşvət alma maddəsindən dələduzluğa tövsif edərək onlara şərti cəza vermişdi. Amma bir neçə ay sonra prokurorun protesti əsasında hökm dəyişdirilib. Hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum edilməklə yenidən həbs ediliblər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












