Həbs edilən vəzifəli məhkəmə qarşısına çıxarılır

Rüşvət müqabilində vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbat xidməti məlumat yayıb.
Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin rəis müavini - Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi vəzifəsini icra etmiş Mədətsoylu Niyam Etibar oğlunun qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İbtidai istintaqla Niyam Mədətsoylunun 2022-2026-cı illərdə sözügedən vəzifədə işləyərkən sağlamlıq vəziyyətlərinə görə əvvəllər növbəti həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslərin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Niyam Mədətsoyluya Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












