Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO

Dələduzluq işi üzrə hazırda həbsdə olan azərbaycanlı keçmiş vəkil Elman Paşayev “Range Rover” markalı avtomobilinin üzərinə qoyulmuş həbsin ləğvinə nail olmağa çalışıb.
Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əmlak 2024-cü ilin sentyabrında borcun tutulması çərçivəsində məhkəmə icraçıları tərəfindən müsadirə edilərək xüsusi mühafizə olunan dayanacağa yerləşdirilib. Məlumata görə, borcun ümumi məbləği 36,5 milyon rubldan (748 489 AZN) çoxdur.
Maliyyə iddialarının kökü 2012-ci ilə gedib çıxır. Həmin vaxt Paşayevin müştərisi Nikolay Deryabin hüquqi xidmət göstərilməsi üçün ona pul köçürüb. Lakin iş materiallarına əsasən, vəkil fəaliyyətə başlamayıb və sonradan üzərinə götürdüyü öhdəliklərdən imtina edib. Pulun bir hissəsi geri qaytarılıb, qalan məbləğ isə faiz və cərimə pulu ilə birlikdə 2022-ci ildə Moskva Şəhər Məhkəməsinin qərarı ilə tutulub.
Paşayev şikayətində avtomobilə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına çalışaraq Rusiya Müdafiə Nazirliyi ilə qüvvədə olan müqaviləsinin olduğunu və SVO-da (Rusiyanın Ukraynaya qarşı müharibəsini nəzərdə tutan “xüsusi hərbi əməliyyat”) iştirakı ilə əlaqədar icra icraatının dayandırıldığını əsas gətirib. Lakin məhkəmə bu arqumentləri inandırıcı hesab etməyib.
Nəticədə məhkəmə keçmiş vəkilin tələbini rədd edib və bahalı yolsuzluq avtomobili artıq açıq hərraca çıxarılıb.
Qeyd edək ki, Elman Paşayev 2024-cü ilin sentyabrında Moskvada saxlanılıb. Rusiya İstintaq Komitəsi Paşayevə qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ilə (xüsusilə külli miqdarda dələduzluq) cinayət işi açıldığını, onun 300 min dollar (təxminən 510 min AZN) və 18,5 milyon rubl (təxminən 435 min AZN) qarşılığında bloqer Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyini bildirib. O, sentyabrın 18-i Moskvada istintaq təcridxanasına göndərilib./unikal
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ
BBAK-a gedən sərnişinlərə xəbərdarlıq - FOTO
Naxçıvanda təmir olunacaq avtomobil yollarının SİYAHISI - FOTO
Naxçıvan dəmir yolu şəbəkəsinin yenidən qurulması davam edir - FOTOLAR - VİDEO
“Gec-tez bağlanmalıdır” - Prezident “Metsamor” təhlükəsindən danışdı - VİDEO
Prezident bu ŞAD XƏBƏRİN anonsunu verdi
Naxçıvanda 420 kilometr uzunluğunda yolların çəkilişi və təmiri NƏZƏRDƏ TUTULUB
Zəngəzur dəhlizi açılandan sonra Azərbaycandan İrana ikinci dəmir yolu xətti AÇILACAQ










