Həbsdən azad etdirmək və biznes vədi ilə dələduzluq etdi - FOTO

Lənkəran şəhərində vətəndaşlara qarşı dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edən 73 yaşlı qadın övladını guya həbsdən azad etdirmək vədi ilə aldadılaraq 22200 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan dələduzluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı Ramin Qəniyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, R.Qəniyev digər vətəndaşlara da gəlirli biznes qurmaq vədi verərək biri 40000 manat, digəri isə 6000 ABŞ dolları olmaqla ümumilikdə 72400 manat dəyərində vəsaiti ələ keçirib.
Faktlarla bağlı cinayət işi başlanılıb və R.Qəniyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












