Həkim 73 yaşlı qadına “ölürsə, ölsün” deyib? - RƏSMİ AÇIQLAMA

"Qobudakı Ailə Sağlamlıq Mərkəzinin terapevti səkkiz gündür yataq xəstəsinə baxmaq üçün çağırışlara cavab vermir. Telefonda məlumat verirlər ki, guya baxılır".
Avtosfer.az xəbər verir ki, bu şikayətlə "Qafqazinfo"ya müayinəyə ehtiyacı olduğu deyilən vətəndaş Nəzakət Əliyevanın oğlu Rauf Mirzəyev müraciət edib.
Abşeron rayonu, Qobu qəsəbəsi, Əli Heydərov küçəsi, 14 ünvanındakı həyət evində yaşayan vətəndaş deyir ki, anası yataq xəstəsidir, yüksək təzyiqi və şəkəri var:
"73 yaşlı xəstəmizə baxan yoxdur. Ailə sağlamlıq məntəqəsinin həkimi Könül Ələsgərova bildirir ki, yalnız ödənişli xidmət göstərir. 30 AZN ödəniş etsəm, evə gələrək baxacağını deyir. Mənim xəstəmə hər gün baxılmalı olduğu halda, bu məbləği hər dəfə ödəməm tələb olunur. Həkim açıq şəkildə "Mən heç kimdən qorxmuram, gəlib baxmıram, baxmayacağam. Xəstə ölür-ölsün, qalır-qalsın, mənə maraqlı deyil" sözlərini işlədib. Bu barədə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoruna da məlumat vermişəm, lakin heç bir tədbir görülməyib".
Abşeron Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, vətəndaş Rauf Mirzəyev 02.08.2025-ci il tarixində direktorun qəbulunda olub:
"04.08.2025-ci il tarixində yaşadığı ünvana edilən ev ziyarəti zamanı qapı açılmadığından pasiyentin müayinəsi mümkün olmayıb.
05.08.2025-ci il tarixində vətəndaş təkrar ev şəraitində müayinə edilib və şəkərli diabet xəstəsi olması nəzərə alınaraq ona həkim-endokrinoloqun müayinəsi tövsiyə edilib. Lakin o, tibb müəssisəsinə müraciət etməkdən imtina edib. Bu barədə müvafiq qeyd pasiyentin tibbi kartına daxil edilib.
08.08.2025-ci il tarixində növbəti ev ziyarəti zamanı pasiyent yenidən müayinə olunub və ümumi vəziyyəti qənaətbəxş qiymətləndirilib. Sonuncu müayinədə arterial təzyiqin yüksək olduğu, insulinin vaxtında vurulmadığı müəyyən edilib. Həkim tərəfindən bu hallarla bağlı vətəndaşa zəruri tibbi tövsiyələr verilərək dərman vasitələrinin düzgün saxlanma şəraiti və ümumilikdə, diqqət yetirilməli məsələlər barədə ətraflı məlumat verilib".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












