Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki “Avtomobil Yollarının Mühafizə Xidməti”ndəki araşdırma ciddi qanun pozuntuları ortaya çıxarıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, toplanmış ilkin sübutlar əsasında cinayət işi başlanıb. Araşdırmadan sonra qurumdakı qanunsuzluqlar aşkar edilib, rüşvət alma halları ortaya çıxıb.
“Avtomobil Yollarının Mühafizə Xidməti”ndə istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarə aparır. Hazırda Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət təqibi aparılır.
Rüşvət faktları ilə bağlı idarənin çoxsaylı əməkdaşının ifadəsi alınıb, bəzi məsul şəxslərə ölkəni tərk etməmək tapşırılıb.
Qeyd edək ki, sözügedən idarənin rəisi 20 il Səftər İsmayılov olub. O, ötən ay vəzifəsindən azad edilib. İdarədə araşdırma aparılması ilə bağlı isə prokurorluğa Azərbaycan Avtomobil Yollları Dövlət Agentliyi (AAYDA) özü müraciət edib.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












