"Həmin mühafizəçi sonradan başqa bir işə görə həbs olundu” - VİDEO

Xalq artisti Ağadadaş Ağayev ilk dəfə ötən il “Medera Hospital”da mühafizəçi Nurəddin Cəlilovla yaşadığı insident barədə danışıb.
Avtosfer.az xəbər verir ki, sənətçi Ulvira Qarayevanın aparıcısı olduğu “Həftənin qonağı” proqramında həmin hadisəyə münasibət bildirərək, baş verənlərə görə peşman olmadığını deyib:
“Cəzalı duruma düşdüm, amma bəzi şeylərin açıqlamasını verməyəcəyəm. Əgər orada evdən çıxmasaydım, gərək tuman geyinib gəzərdim. Dörd dəfə qapıma gəlib qapını dağıdırdı ki, çıx bayıra. Bu, qəsdən idi. Kişi kimi doğulmuşam, kişi kimi də yaşamışam. Çıxıb əlbəyaxa olmalı idim. Şortikdə olduğumu da bilməmişəm. O, məni qıcıqlandırmaq üçün gəldi. Peşmanam, çünki efirdə ağsaqqallardan üzr istədim. Amma yenə belə hal olsa, peşman olmaram, yenə edərəm. Mərhəmət hissi ilə onu bağışladım, yoxsa 3-5 il yatacaqdım. Sonradan da gedib başqa bir iş tutdu və həbs olundu”.
Xatırladaq ki, 2024-cü ildə “Medera Hospital”da Ağadadaş Ağayev və mühafizəçi Nurəddin Cəlilov arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək məhkəmə qarşısına çıxarılmış, istintaq dövründə barışdıqları üçün şərti cəza almışdılar.
Həmin görüntüləri təqdim edirik:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












