"Həmin tələbələr praktik bacarıqlara da yiyələnəcəklər" - Nazir

AZCON Mühəndislik və Texnologiya Məktəbini digər ali təhsil müəssisələrindən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, tələbələr burada nəzəri biliklərlə yanaşı, praktik bacarıqlara da yiyələnəcəklər. AZCON isə bu prosesdə yalnız sponsor qismində çıxış etməyəcək, eyni zamanda, kurikulumun formalaşdırılmasında birbaşa iştirak edən təsisat olacaq.
Avtosfer.az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZCON Mühəndislik və Texnologiya Məktəbinin təqdimatına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, aparılan uzunmüddətli müşahidə və araşdırmalardan sonra belə qənaətə gəlinib ki, bu istiqamətdə Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq etmək qarşıya qoyulan məqsədlərə daha qısa müddətdə nail olmaq baxımından ən doğru addımdır: “Münxen Texniki Universitetinin nümayəndələri həm AZCON-a, həm də Azərbaycan Texniki Universitetinə inanaraq belə bir əməkdaşlığa qoşuldular. Əminəm ki, bir neçə ildən sonra bu universitetin tələbələri yalnız iş axtaran deyil, eyni zamanda, iş yaradan gənclər olacaqlar. Başqa sözlə, onlar ölkədə startap ekosisteminin formalaşmasına birbaşa təkan verəcəklər”.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












