Hər rayonun öz taksisi: "Manatlıq"ları birdən-birə yığışdırmaq olmaz

Sumqayıtın taksiləri Sumqayıtda, Xırdalanın taksiləri Xırdalanda, Gəncənin taksiləri Gəncədə xidmət göstərməlidir.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Onun sözlərinə görə, bu, qanunvericilikdə var:
“Biz hamını taksi adlandırırıq. Amma qanunvericilikdə onlar sifarişli xidmət həyata keçirirlər. Onun da tənzimlənməsi yaxın vaxtlarda yerini almalıdır",
Maraqlıdır ki, bu xidmət növü bütün taksi sürücülərinə şamil olunubmu?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, taksilər qeydiyyatdan keçəndə, buraxılış vərəqəsi və sənədlər alanda fəaliyyətin hansı ərazidə həyata keçiriləcəyi qeyd olunur:
"Əgər taksi Gəncədə qeydiyyatdan keçirilibsə, Gəncədə fəaliyyət göstərməlidir. Yəni, taksi xidmətində isifadə olunacaq avtomobil hansı regionda qeydiyyatdan keçilibsə, həmin region üzrə də fəaliyyət göstərməlidir. Bu, yükdaşıma üçün də keçərlidir. Qeyd olunan tələblə bağlı taksi operatorlarına bu barədə öncədən məlumat verilir və nəzarət mexanizmi bu tələbə uyğun tətbiq olunur. Məsələn, Sumqayıt taksisi Sumqayıtdan müştəri götürərək Bakıya gəlirsə, taksi operatoru artıq Bakıda ona müştəri yönləndirmir”.
Elməddin Muradlı: Sumqayıt taksisi Bakıya müştəri gəlirsə, operator artıq Bakıda ona müştəri yönləndirmir
E.Muradlı onu da qeyd edib ki, hazırda Bakı-Sumqayıt arasında işləyən "manatlıq" taksilər qanunsuz şəkildə bu fəaliyyətlə məşğuldurlar. Həmin taksi sürücüləri üçün ayrıca bir kriteriya yoxdur.
"Sözügedən boşluğun tənzimlənməsinə ehtiyac var. Sərnişinlər avtobus tapa bilməyəndə "manatlıq" taksilərdən istifadə edirlər. Ona görə də "manatlıq" taksilərin fəaliyyətini birdən-birə dayandırmaq olmaz", - deyə ekspert əlavə edib.(bakivaxti.az)
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi












