Hərbi xidmətdə yaralandığını deyən Biləsuvar sakini niyə əlillik ala bilmir? - VİDEO

Biləsuvar sakini Aqşin Abdullazadə hərbi xidmət zamanı yaralandığını və səhhətində ciddi problemlər yarandığını bildirir.
O, əlillik statusunun təyin olunması ilə bağlı müvafiq qurumlara dəfələrlə müraciət etsə də, cəhdlərinin nəticəsiz qaldığını qeyd edir. A.Abdullazadə üzləşdiyi çətinlikləri və sosial vəziyyətini belə ifadə edib:
"Üç azyaşlı qız övladım var. Bu günə qədər heç vaxt kimdənsə asılı olmamışam. Hərbçi işləmişəm. Sonra kənd təsərrüfatı ilə məşğul olmuşam. Lakin hazırda çox çətinlik çəkirəm. Səhhətimə görə heç yerdə işləyə bilmirəm, mənə iş vermirlər. İş üçün müraciət edəndə sağlamlıq haqqında arayış tələb edirlər. Müraciət etdiyim yerə "əgər sağlamamsa, sağlamlıq haqqında arayış verin" deyirəm. Bunun onların səlahiyyətində olmadığını deyirlər. Bəs bu kimin işidir?!".
O, ailəsinin dolanışığının hazırda yaşlı anasının çiyinlərində olduğunu Baku TV-yə söyləyib:
"Övladlarımı anam saxlayır, çox əziyyət çəkir. Gecə saat 3-4-də durub bazara gedir, pendir-şor satır. Bu, mənim üçün çox ağır və utancverici bir vəziyyətdir. Hazırda övladlarıma 50 qəpiklik dondurma belə ala bilmirəm. Bu səbəbdən bəzən əsəblərimə hakim ola bilmirəm, qəlpələr kəskin ağrılar verir. Gəlib vəziyyətimi araşdırsınlar. Səhhətimlə bağlı mənə hər altı aydan bir xüsusi iynə vurulmalıdır, lakin imkansızlıqdan onu da vurdura bilmirəm".
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov bildirib ki, Biləsuvar rayon sakini 1995-ci il təvəllüdlü Aqşin Qabil oğlu Abdullazadə əlilliyin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən "Forma 88" göndərişləri əsasında 2023-2026-cı illər ərzində müxtəlif tarixlərdə Agentlikdə əyani müayinə edilib:
"Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinələri zamanı vətəndaşın sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib".
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ











