Hərracda 28 nəqliyyat vasitəsi satıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 25-də keçirilən hərracda ümumilikdə 28 nəqliyyat vasitəsi satılıb.
Avtosfer.az xəbər verir ki, hərraca çıxarılan əmlaklara 49 sifariş daxil olub.
Mərkəzi Seçki Komissiyasına (MSK) məxsus və start qiyməti 12 min 400 manat olan "Mercedes-Benz S350" avtomobili isə rəqabət nəticəsində 16 min 348 manata satılıb. MSK-ya aid digər nəqliyyat vasitəsi - 2005-ci il istehsalı olan "Mitsubishi Pajero" avtomobili 8 min 850 manata, Milli Məclisin İşlər İdarəsinin balansında olan 2006-cı il istehsalı "Toyota Avalon" avtomobili isə 5 min 500 manata satılıb.
Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsinin balansında olan 23 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi üzrə ümumi ilkin satış qiyməti 23 min 350 manat müəyyən edilib və bu nəqliyyat vasitələri 24 min 517.5 manata satılıb. Müdafiə Nazirliyinə məxsus 2004-cü il istehsalı QAZ-31105 avtomobili 1 200 manat ilkin qiymətlə hərraca çıxarılıb və 3 000 manata, digər nəqliyyat vasitəsi - UAZ-31512 isə 1 500 manat ilkin satış qiymətinə qarşılıq 3 min 50 manata satılıb.
Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar dekabrın 2, 9, 16, 18 və 23-də keçiriləcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












