Hesabına pul köçürülən şəxslər bunu bilməlidir - Dövlətə bu qədər ödəyəcəksiniz

Xarici şirkətdə səhmi olan və dividend gəliri əldə edən Azərbaycan rezidenti bu gəlirdən 5 faiz dərəcəsi ilə vergi ödəməlidir.
Avtosfer.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, dividend hüquqi şəxsin öz təsisçilərinin, payçılarının və ya səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı etdiyi pul və ya digər ödənişdir.
Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən, qeyri-rezident müəssisə tərəfindən ödənilən dividenddən 5 faiz dərəcəsi ilə vergi tutulur.
Beləliklə, xarici şirkətdə səhmi olan və həmin şirkətdən dividend əldə edən rezident fiziki şəxs vergi orqanlarında uçota alınmalı və VÖEN əldə etməlidir.
Məsələn, xarici şirkət 2026-cı ilin I yarımilliyi üzrə formalaşmış bölüşdürülməmiş mənfəətini səhmdarlar arasında bölüşdürərək Azərbaycan rezidentinə təqribən 2 700 ABŞ dolları ödəyibsə, həmin şəxs bu gəlirdən 5 faiz, yəni təxminən 135 ABŞ dolları məbləğində gəlir vergisi hesablamalıdır.
Vergi ödəyicisi əldə etdiyi gəlirdən vergini hesablayaraq növbəti ilin 31 martından gec olmayaraq "Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməli və hesablanmış vergini dövlət büdcəsinə ödəməlidir.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












