Həyat yoldaşını öldürmək istəyən iranlı həbsdə qaldı

Həmyerlisi olan həyat yoldaşını öldürmək istəyən İran İslam Respublikasının vətəndaşı Tabaraki Mehdi Rasoulun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (ölümə cəhd) maddəsi ilə təqsirləndirilən Mehdi Tabarakinin müdafiəçisi müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Dövlət ittihamçısı Rauf Malışov vəsatətə münasibət bildirib. O, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xüsusilə ağır cinayət olduğu üçün həbs qətimkan tədbirinin dəyişdirilməməsini istəyib və cinayət işinin məhkəmə baxışına verilməsini təklif edib. Hakimlər müşavirə otağından qayıtdıqdan sonra qərarı elan ediblər. Qərara əsasən Tabaraki Mehdi Rasoulun cinayət işi məhkəməyə verilsin, onun barəsində həbs qətimkan tədbiri dəyişdirilməsin. Təhqiqatçının ifadəsi ilə bağlı sənədin sübutlar siyahısından çıxarılması təxirə salınsın.
Məhkəmə prosesi 6 fevral tarixinə kimi təxirə salınıb.
İttiham aktına görə, 2024-cü ilin aprelində Mehdi Tabaraki həmyerlisi olan keçmiş həyat yoldaşını avtomobildə öldürmək istəyib. Hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb. Belə ki, qadın uşağı atasına göstərmədiyi üçün Mehdi Tabaraki bıçağa əl atıb.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












