Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır? - VİDEO

Heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi üçün heyvan kəsimi yalnız baytarlıq-sanitariya və qida təhlükəsizliyi tələblərinə cavab verən kəsim məntəqələrində həyata keçirilməlidir.
Avtosfer.az xəbər verir ki, kəsim məntəqələrində istehsal prosesinin təhlükəsiz və gigiyenik şəkildə təşkili üçün “çirkli” və “təmiz” zonalar ayrılmalı, heyvanların kəsimdən əvvəl saxlanılması, kəsim, ətin emalı, qablaşdırılması və soyudulması üçün zəruri sahələrin olması vacibdir.
Kəsimdən əvvəl heyvanlar baytarlıq müayinəsindən keçirilməli, xəstəlik əlamətləri və ya xəstəlik şübhəsi olan heyvanların kəsiminə yol verilməməlidir. Kəsim prosesi zamanı sanitariya-gigiyena qaydalarına ciddi əməl olunmalı, istifadə edilən avadanlıq və iş alətləri mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir.
Kəsimdən sonra əldə olunan ət baytarlıq-sanitariya ekspertizasından keçirilməli, istehlak üçün yararlı olduğu müəyyən edildikdən sonra müvafiq qaydada soyudulmalı, saxlanılmalı və daşınmalıdır.
Qeyd olunan tələblərə əməl edilməsi heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına, eləcə də istehlakçıların sağlamlığının qorunmasına xidmət edir.
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












