Hikmət Hacıyev “AnewZ”un yeni filmini paylaşdı - VİDEO

Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində “AnewZ” telekanalının Qarabağ müharibəsinə həsr olunmuş yeni sənədli filmini paylaşıb.
Avtosfer.az xəbər verir ki, beynəlxalq fotojurnalist Reza Deqatinin obyektivi vasitəsilə təqdim olunan ekran əsəri Şuşa, Ağdam və Xocalıdan başlayaraq Brüsselə qədər uzanan müharibənin acı fəsadlarını və itkin düşmüş şəxslərin ailələrinin həqiqət axtarışını əks etdirir.
Filmdə Qarabağda dağıdılmış binalar, zərər görmüş mədəni irs və keçmişin silinməkdə olan izləri pozulmuş həyatların və unudulmaması gərəkən tarixin canlı şahidi kimi göstərilir. Regional bərpa və quruculuq işləri bölgəyə yeni nəfəs gətirsə də, itkin düşənlərin taleyi hələ də ailələri üçün sağalmayan bir yara olaraq qalır.
Keçmişin xarabalıqlarından cavab gözləyən insanların səsinə qədər uzanan bu sənədli film dərindən düşündürən bir sual qarşısında qoyur:
“Müharibə həqiqətən nə vaxt bitir – ailələr hələ də cavab axtardığı bir vaxtda onun hekayəsi tamamlana bilərmi?”
Ekran əsərində vurğulanır ki, bəzi hekayələri keçmişdə qoymaq mümkün deyil; onlar hafizələrdə, həqiqət axtarışında və davamlı sülh ümidində yarımçıq qalmış bir borc kimi yaşayır.
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU












