Hikmət Hacıyev Bakıya gələn erməni nümayəndəyə bunu deyibmiş

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan üçün müharibənin bitdiyini Ermənistan ictimaiyyətinə çatdırmağın vacibliyini bildirib.
Avtosfer.az xəbər verir ki, bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında Hikmət Hacıyevlə Bakıdakı görüşü barədə danışan Təhlükəsizlik Siyasətinin Araşdırma Mərkəzinin rəhbəri Areq Koçinyan bildirib.
"Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycan üçün bitib. Və onlar bugünkü qeyri-müharibə şəraitindən sülh qurmaq və sülhə doğru getmək istəyirlər. Onlar üçün Ermənistanla hərtərəfli və uzunmüddətli sülhün qurulması son dərəcə vacibdir və onlar bu yolda irəliləməyə hazırdırlar", - deyə o qeyd edib.
Xatırladaq ki, noyabrın 21-də Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri Bakıya səfər etmişdilər.
Bakıya gələn nümayəndələr İrəvan Mətbuat Klubunun fəxri prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və hüquq müdafiəçisi Naira Sultanyan olub. /unikal
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












