Hikmət Hacıyev Gəncə ilə bağlı bu filmi paylaşdı

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında "AnewZ" telekanalının Gəncənin ispan aviatorları barədə hazırladığı sənədli filmi paylaşıb.
Avtosfer.az report-a istinadən xəbər verir ki, "The aviators of Ganja - AnewZ investigative documentary" adlı film Gəncənin tarixində az tanınan səhifələrdən birinə həsr olunub.
Filmdə qeyd olunur ki, 1936–1939-cu illərdə İspaniya Vətəndaş Müharibəsi zamanı pilot hazırlığı üçün Gəncəyə gələn gənc ispanların taleyi sonradan baş verən siyasi hadisələr nəticəsində dəyişib. Frankonun qələbəsindən sonra onların bir çoxu vətənlərinə qayıda bilməyib və SSRİ-də qalıblar.
Bildirilib ki, həmin pilotların bir hissəsi sonradan Sovet ordusunda xidmət edib, II Dünya müharibəsi illərində Azərbaycanın səmasının və Bakı neft yataqlarının faşist aviasiyasından müdafiəsində iştirak edib. Onların bir çoxu isə doğma vətəninə bir daha qayıda bilməyib.
Sənədli filmdə vurğulanır ki, ispan aviatorlarının xatirələrində ən çox Azərbaycan xalqının qonaqpərvərliyi və çətin günlərdə belə sahib olduqlarını bölüşməsi xüsusi yer tutub.
Gəncənin ispan pilotları ilə bağlı bu hadisə tarixin az tanınan, lakin təsirli səhifələrindən biri kimi təqdim olunur.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












