Hökməlidə şəhid küçəsinin təmiri yekunlaşmaq üzrədir - FOTO - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
AAYDA-dan Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə Abşeron rayonunun Hökməli qəsəbəsində şəhid Zülfüqar Qubatovun adını daşıyan küçədə həyata keçirilən təmir-bərpa işləri artıq yekunlaşmaq üzrədir.
600 metr uzunluğa malik Zülfüqar Qubatov küçəsinin eni 6 metrdir.
Layihəyə uyğun olaraq, sözügedən küçədə yararsız torpaq laylarının qazılması və çıxarılması, əks-dolğu və kipləşdirmə işləri, yeni yol əsasının hazırlanması və küçənin profilə salınması prosesi həyata keçirilib.
Hazırda “İnşaat Norma və Qaydaları”na uyğun olaraq əraziyə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Qeyd edək ki, 2025-ci il üzrə “İnvestisiya Proqramı” çərçivəsində Hökməli qəsəbəsində yerləşən, uzunluğu 400 metr olan Yusif Qarayev və uzunluğu 850 metr olan Elşən Müslümov küçələrində də analoji təmir-bərpa işləri aparılır.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
















